Braziliyalı sabiq futbolçu Romario bağırsaq infeksiyası diaqnozu ilə Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb .
İyulun 13-də 57 yaşlı Cənubi Amerikalı kişi şiddətli ağrı və mədə narahatlığından şikayət edərək tibb müəssisəsinə müraciət edib.
Hazırda Romarionun vəziyyəti stabildir.