Türkiyənin Osmaniyə bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın başlayıb.
"Unikal" xəbər verir ki, külək nəticəsində yanğın sürətlə yayılıb.
Meşə Əməliyyat Müdirliyinin söndürmə qrupları bölgəyə göndərilib. 2 helikopterlə havadan, çiləyici texnika ilə qurudan müdaxilə edilən yanğın nəzarət altına alınmağa çalışılır.