Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Koreyanı G7 ölkələrinin Ukraynaya dəstək bəyannaməsinə qoşulmağa dəvət edib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu fikri Cənubi Koreya prezidenti Yun Sok-Yeolla görüşündə səsləndirib. 

“Mən Koreya Respublikasını G7 liderləri ilə Ukraynaya dəstək haqqında razılaşdırılmış bəyannaməyə qoşulmağa dəvət etdim”, - deyə Zelenski Cənubi Koreya prezidenti Yun Sok-Yeolla keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin Cənubi Koreyanı qlobal “sülh sammitində” iştiraka dəvət etdiyini bildirib.

Nuranə Abbasova