Həkimlər İsrailin baş naziri Benyamin Netanyahuya dehidratasiya (bədəndə lazımi qədər su və maye olmaması) diaqnozu qoyub.

“Unikal” xəbər verir ki, bu barədə “Walla” portalı baş nazirin ofisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, xəstəxanaya yerləşdirildikdən sonra ondan götürülən analizlərin nəticələri normaldır, lakin həkimlərin tövsiyəsi ilə Netanyahu əlavə müayinələrini davam etdirəcək.

“Baş nazir bir neçə saat istidə qalıb və bu gün yüngül başgicəllənmədən şikayəti olub”, - ofisin məlumatında deyilir.

Məlumata görə, Netanyahu evində yıxılaraq başından zədə aldıqdan sonra təcili yardım xəstəxanasına müraciət edib.
 

*** 19:27

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə Şeba xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. 

“Unikal”ın “Ynet” portalına istinadən məlumatına görə, Netanyahu Şabat (yəhudilərin dini istirahət günü - red.) günü özünü yaxşı hiss etməyib. 

Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahunun vəziyyəti yaxşıdır, müayinə olunur.

Onun hansı şikayətlə həkimə müraciət etdiyi açıqlanmayıb. 

Nuranə Abbasova