Türkiyə hökumətinin qərarı ilə əcnəbilərə yaşayış icazəsi verilməsinin dayandırılması təcrübəsi İstanbulun bütün rayonlarına aid edilib. 

Unikal” xəbər verir ki, bu barədə “Sputnik” yazıb.

İlkin olaraq məhdudiyyət şəhərin 10 rayonu üçün qüvvədə olub. Mart ayında Türkiyə səlahiyyətliləri bu təcrübəni İstanbulun daha 39 rayonunda tətbiq edib. İndi isə bütün rayonlar üzrə əcnəbilərə “zəruri hallardan başqa” yaşayış icazəsi verməyi dayandırıblar. Zəruri hallar siyahısına “həyat, sağlamlıq, təhsil və beynəlxalq ticarətdən irəli gələn hüquqların təhlükəsizliyi” daxildir. Qərar şəhərə miqrasiyanın artması ilə bağlıdır.

İstanbul Miqrasiya İdarəsinin məlumatına görə, hazırda şəhərdə 1,3 milyon əcnəbi yaşayır. Bu rəqəmə daşınmaz əmlak aldıqdan sonra vətəndaşlıq alanlar daxil deyil. Ümumilikdə əcnəbilər İstanbul əhalisinin 8%-ni təşkil edir.

Türkiyədə yaşamaq icazəsi əldə etmək üçün indi ölkənin seyrək məskunlaşdığı ərazilərdə 50.000 ABŞ dollarından, meqapolislərdə isə 75.000 ABŞ dolları və ya daha çox dəyəri olan daşınmaz əmlak almalısınız.