Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bu ilin payızında vəzifəsini tərk etmək və təqaüdə çıxmaq niyyətində olduğunu bildirib. 

“Unikal” xəbər verir ki, o, bu barədə “The Times” qəzetinə müsahibəsində danışıb.

Bundan əvvəl də “The Times” Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin 2023-cü ilin payızında istefa verə biləcəyini yazmışdı.

Onun yerinə maliyyə nazirinin iqtisadi məsələlər üzrə müavini Con Qlen, daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Tom Tugendhat və ya xarici işlər nazirinin Hind-Sakit okean məsələləri üzrə müavini Enn-Mari Trevelyan gətirilə bilər. 

Nuranə Abbasova