ABŞ-ın "İnter Mayami" futbol klubu öz sosial şəbəkələrində argentinalı hücumçu Lionel Messinin klubuna keçdiyini təsdiqləyən video yayımlayıb.

“Unikal” xəbər verir ki, Messi video-rolikdə “Bəli, uşaqlar. Mayamidə görüşənədək” deyib.

Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.

Qeyd edək ki, son iki ildə Messi “Paris Sen-Jermen”də çıxış edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa kimi olub.

Nuranə Abbasova