Son günlər payızda Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilir. 2023-cü ilin büdcəsində seçki xərclərinin artırılmasının da bununla bağlı olduğu deyilir.
Milli Məclisin üzvü Fazil Mustafa bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, referendumun olacağı ilə bağlı əvvəllər də fikirlər səsləndirilib.
O qeyd edib ki, belə bir məsələ Milli Məclisin gündəliyinə daxil olmayıb.
"Hələki bu mövzuda yenilik yoxdur. Belə bir təşəbbüs, təklif olarsa, o zaman bu mövzu ətrafında danışmaq olar",- deyə deputat vurğulayıb.
Anar Kəlbiyev