Özbəkistan Respublikasının Kokand şəhərində “Türkdilli gənclərin Festivalı” adlı beynəlxalq tədbir olub.

"Unikal" xəbər verir ki, adıkeçən festivala Özbəkistan Respublikasının tanınmış incəsənət xadimləri, iş adamları, təhsil sektorunun mütəxəssisləri, müxtəlif türkdilli ölkələrin,o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri də qatılıblar.

Mədəni mübadilə, turizm sektorunun inkişafı və əməkdaşlığın daha da möhkəmləndirilməsini şərtləndirən ”Türkdilli gənclərin Festivalı”adlı beynəlxalq  tədbir iştirakçıları Kokand şəhərinin tarixi yerlərinə ekskursiya ediblər.