"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyənin İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində yay düşərgəsi təşkil olunub.

“Unikal” xəbər verir ki, düşərgə ərzində seçdikləri ixtisaslara uyğun müxtəlif təlimlərə qatılan tələbə şəhid övladları dünən Türkiyənin məşhur "DasDas" və Ehtiyac xəritəsi" sosial layihələri ilə tanış olublar və "DasDas" layihəsinin rəqəmsal muzeyini ziyarət ediblər.

Bu gün “İstək” vəqfinin və “Yedditepe” universitetinin fəxri Başkanı Bedrəddin Dalan tələbə şəhid övladları ilə görüşərək onlarla nahar süfrəsində fikirlərini bölüşüb.

Görüşün sonunda “Zəfər” İB-nin sədri Sevinc Alızadə universitetin fəxri qurucusuna Qarabağ zəfərindən bəhs edən kitablar hədiyyə edərək səmimi dəvət üçün təşəkkürünü bildirib.