"Fənərbağça"dan 20 milyon avroya "Real"a keçən Arda Gülər zədə alması səbəbindən komandanın ABŞ düşərgəsini tərk edib. 

“Unikal” xəbər verir ki, klubun yaydığı məlumatda 18 yaşlı futbolçunun Madridə qayıtdığı bildirilib.

Baş məşqçi Ançelotti Arda Gülərin bu axşam "Barselona" ilə keçiriləcək yoldaşlıq oyununda heyətdə olmayacağını açıqlayıb.