Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev növbəti qələbəsini qazanıb.

"Unikal" xəbər verir ki, o, “Super Rizin 2” turnirində uğurlu çıxış edib.

71 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Yaponiyadakı “Saitama Super Arena”da baş tutan döyüşdə yerli Akira Okada ilə qarşılaşıb. O, ikinci raundda rəqibini nokaut edib.

Bu, T.Musayevin ümumilikdə 21-ci, nokautla 17-ci qələbəsi olub.