Yaponiya sakini nəhəng it kostyumu tikdirmək və onu ictimai yerdə geyinərək "it kimi gəzmək" üçün 14 min dollardan çox pul xərcləyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Toko kimi tanınan yaponiyalı blogger özünün “YouTube” kanalında gəzintidən video yerləşdirib. O, nəhəng it geyimində yerdə yuvarlanır və stolüstü tennis oynayır. Toko uşaqlıqdan heyvan olmaq arzusunda olduğunu deyib.

“Zeppet” firması tərəfindən hazırlanan kostyum 40 günə tikilib və 14 161 dollara başa gəlib. 

Nuranə Abbasova