Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, Ağdam klubu bu raundda Finlandiyanın HİK komandası ilə qarşılaşacaq.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab goyununda Norveç "Molde"sinə 0:2 hesabı ilə uduzan Helsinki təmsilçisi "köhlən atlar"a rəqib olub. İlk qarşılaşmada HİK qələbə qazanmışdı - 1:0.
Azərbaycan çempionu isə qitənin bir nömrəli klub turnirində Polşa "Rakuv"u ilə bacarmayıb. Səfər matçında 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda heç-heçəyə razılaşıb - 1:1.
Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.