“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun sponsorunun transferə pul xərcləməməsi iddiası ilə bağlı suala cavab verib.
"Unikal" xəbər verir ki, təcrübəli mütəxəssis “Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyona yaxın vəsait daxil olmuşdu. Cənab prezident də kluba pul ayırmışdı. “Qarabağ”ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur?” sualına belə cavab verib:
“Hər bir azərbyacanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Heç vaxt bu klubun etdiklərini, komandanın etdiklərini heç vaxt bildirməmişəm. Bu klubun pulları sayılırsa... Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən və futbolçular daxil olmaqla, “Qarabağ”ın adının nə olduğunu bilirlər. Hər birimiz kasıb uşaqlarla, kasıb futbolçularla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Bunu da etməyə çalışırıq. Azərbaycan futbolunun durumunu “Qarabağ”ın büdcəsi ilə ölçürüksə, cavab verə bilməyəcəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Kiçik büdcə ilə, işimizə futbolumuza baxıb, böyük işlər görməyə çalışrıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəm”.
Qurbanov bildirib ki, klub rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edib:
“Qonaqların qarşısında, Polşa mətbuatı, polşalılar, digərləri hamısı “Qarabağ”dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun... İnanın ki, burada nə məsuliyyətisiz işçi, nə də məsuliyyətsiz futbolçu var. Burada olan hamı “Qarabağ”ın böyüməsi və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib