Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
"Unikal" xəbər verir ki, mundialda 5 medal qazanan Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.