Ermənistanda su böhranı artıq başlayıb. İnfrastrukturun olmaması və ya korlanması, suya olan münasibətimiz ucbatından daha da ağırlaşır.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 3-də hökumətin iclasında deyib.

O qeyd edib ki, regionlarda bu problem çox aktualdır. “Ermənistanın ən böyük kəndlərindən birində mən suvarma və içməli su ilə bağlı problem gördüm, eyni zamanda həmin kəndin yollarında bir neçə bulaq gördüm ki, oradan da suyun sadəcə axdığı böyük borular var”.

Paşinyan burada səbəb-nəticə əlaqəsinin olduğunu istisna etməyib. “Bir tərəfdən insanların içməli suyu yoxdur, digər tərəfdən də suyun 24 saat axdığı boruları görürük. Bu problem hər yerdə müşahidə olunur”, - deyə o vurğulayıb.

Gülayə Mecid