Türkiyə təhlükəsizlik qüvvələrinin son 60 gündə həyata keçirdikləri əməliyyatların gedişində 172 terrorçu zərərsizləşdirilib.

"Unikal" TRT Haber telekanalına istinadla xəbər verir ki, bu rəqəmi Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Onun sözlərinə görə, iki ayda terror təşkilatlarına qarşı ümumilikdə 29 mindən çox əməliyyat keçirilib.

Nazir qeyd edib ki, həmin dövrdə hərbi və polis qüvvələrindən ibarət bölmələr tərəfindən separatçı (PKK/KCK-PYD/YPG) terror təşkilatlarına qarşı keçirilmiş 27 min 783 əməliyyat zamanı 199 nəfər həbs edilib, 130-a yaxın şəxs barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb, 148 terrorçu zərərsizləşdirilib (ölü, yaralı və təslim olan). FETÖ, İŞİD terror qruplaşmaları ilə mübarizə də qətiyyətlə davam etdirilib.