Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfərin edam edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki,  bu  barədə İran mediası məlumat yayıb. 

Bildirilir ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb. Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.

IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.

Qeyd edək ki, İranda terror, qətl, zorlama, silahlı soyğunçuluq və narkotik ticarəti kimi cinayətlər ölümlə cəzalandırılır. 

Gülayə Mecid