Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ilə bağlı “taxıl sazişi”nin bərpası üçün bir sıra konkret təkliflərin işlənib hazırlanmasına ümid edir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb .

"Hazırda təkliflər üzərində iş gedir, daimi dialoq var"- mənbə bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Putinlə Ərdoğanın yaxın gələcəkdə mümkün görüşü barədə məlumat verib . O, iki prezidentin görüş yerinin mütləq Türkiyə olmayacağını da bildirib.

Avqustun 2-də Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Ərdoğanın ofisindən verilən məlumata görə, onlar Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Kreml bir sıra məsələlərdə Rusiya Federasiyası Prezidentinin prinsipial mövqeyindən danışıb. 

Avqustun 3-də Ərdoğan taxıl müqaviləsinin Rusiyaya qayıtması şərti ilə bir il müddətinə uzadılmasını təklif edib .