Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyanın şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində terror təşkilatı Boko Haram və ISWAP-ın hücumları səbəbindən 1,6 milyon uşağın təhsilə ehtiyacı olduğunu bildirib.
"Unikal" xəbər verir ki, UNICEF-in Borno Ofisinin Sahə Meneceri Nguyen bildirib ki, məktəbə gedən uşaqların 72 faizi 6-cı sinifdən sonra sadə mətni belə oxuya bilmir.
UNICEF Borno Ofisinin Sahə Müdiri Phuong Nguyen verdiyi açıqlamada, ölkənin şimal-şərqindəki Borno, Adamava və Yobe əyalətlərində terror təşkilatı Boko Haram və ISWAP-ın hücumlarından ən çox uşaqların təsirləndiyini və bu hadisələrin narahatlıq doğurduğunu bildirib.
Terror hücumları səbəbiylə 1,6 milyon uşağın təhsilə ehtiyacı olduğunu bildirən Nguyen, "Məktəbə gedənlərin 72 faizi 6-cı sinifdən sonra sadə mətni belə oxuya bilmir. Müvafiq əsas və köçürülə bilən bacarıqları əldə edə bilməyən uşaqlar, təhsilə möhtac ola bilməz".