Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya təmsilçilərinin qurumdakı işindən uzaqlaşdırılması xahişi ilə Avropa Futbol Assosiasiyaları İttifaqına ( UEFA ) müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilir .
“Avropa futbol ailəsinə xas olan humanitar dəyərlərə və ədalətə riayət etmək, eləcə də UEFA-nın sülhməramlı mövqeyinin ardıcıllığını təmin etmək üçün sizdən xahiş edirik ki, Rusiya nümayəndələrinin tutduqları vəzifələrdən uzaqlaşdırılması imkanlarını nəzərdən keçirə və işləyəsiniz".
2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FIFA) və UEFA Rusiya millisini , eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib . Bundan sonra Rusiyanın müxtəlif yaşlı klubları və komandaları yalnız yoldaşlıq oyunları keçirib.
Avqustun əvvəlində UEFA-nın rəsmi saytında qurumun müxtəlif komitələrinə 15 rusiyalının daxil olması barədə məlumat yayılıb. Onların səlahiyyətləri 2027-ci ilə qədər hesablanıb.