Moskva vilayətinin Sergiev Posad şəhərindəki zavodda baş vermiş partlayış nəticəsində 9 nəfər itkin düşüb. Qurbanların sayı 60-a çatıb.

"Unikal" xəbər verir ki, hazırda 9 nəfərin taleyi məlum deyil.

Partlayış Sergiev Posadda Piro-Ross şirkətinin pirotexnika anbarında baş verib, Zaqorsk Optik-Mexanika Zavodunun məlumatına görə, müəssisənin ərazisinə bitişik, lakin ona daxil deyil. Partlayış dalğası iki küçədə yaşayış binalarının və sosial müəssisələrin şüşələrini sındırıb. Xilasedicilər dağıntıları təmizləyir, partlayışın nəticələrinin aradan qaldırılmasına 150 nəfər cəlb olunub. Şirkət evakuasiya edilib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. 

18:30

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 56 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında məlumat verib.

"İzvestiya" nəşri isə mənbəyə istinadən xəbər verib ki, hadisə nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

16:01

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 52 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

***

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində Zaqorsk Optik-Mexanika  zavodunda  baş verən partlayış nəticəsində yaralananların sayı 45-ə çatıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyadan bildirilib.

Qeyd edək ki, Zaqorsk Optik-Mexanika Zavodu, digər şeylərlə yanaşı, hərbi məhsullar, xüsusən də tanklar üçün gecə nişanları istehsal edir. Zavodun ərazisində Piro-Ross şirkətinin anbarı fəaliyyət göstərir, o, başqa şeylərlə yanaşı, pirotexniki məhsullar da istehsal edir.

***

Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində  Zaqorsk Optik-Mexanika  zavodunda baş vermiş partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hazırda Sergiyev Posadda partlayış baş verən yerdə dağıntılar təmizlənir.
*** 

Moskva vilayətinin Sergiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

***

Moskva vilayətinin Sergiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı arıtb.

"Unikal" xəbər verir ki, xəsarət alanların sayı 16 nəfərə çatıb.

***12:27

Rusiya paytaxtı Moskva yaxınlığındakı Sergiyev Posadda yerləşən optik-mexaniki zavodda partlayış baş verib.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, partlayışdan sonra zavodda tam təxliyə elan edilib, təhlükəsizlik qüvvələri və yerli rəhbərlik hadisə yerinə gəlib.

Hadisənin səbəbləri araşdırılır.

Gülayə Mecid