Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter İrəvanda kafedə görüşüblər.
“Unikal” xəbər verir ki, bu barədə Aİ missiyasının X-dəki səhifəsində qeyd edilib.
Onlar regional hadisələr və Aİ-nin regionda sülh prosesinə dəstək səyləri barədə fikir və məlumat mübadiləsi aparıblar.
Bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşmüşdü.
Nuranə Abbasova