Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Sumqayıt şəhər 48-ci məhəllə ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, onların səsləndirdiyi məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, həlli ilə bağlı tədbirlər müəyyən edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər Sumqayıt şəhərində son illər həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.