Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məişət tullantılarının ətrafa atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov "Unikal"a bildirib ki, tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Abşeron rayon Masazır bələdiyyəsinin işçiləri tərəfindən təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”.