Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.

“Unikal” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Tədbir İrəvandan 50 km aralıda yerləşən Tsaxkadzor dağ kurortunda baş tutacaq.

"Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi, mövcud digər ölkələrlə qarşılıqlı əlaqə və potensial tərəfdaşlarla əlaqələrin qurulması formatının gücləndirilməsi məsələlərini müzakirə edəcəklər”, - deyə məlumatda bildirilir. 

Nuranə Abbasova