Ermənipərəst senator Bob Menendesin erməniəsilli arvadı 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb.
"Unikal" xəbər verir ki, şübhəli maliyyə əməliyyatının təfərrüatlarını The New York Post nəşri təqdim edib. Bu, Menendesin ofisinin ona qarşı qarşıdan gələn federal araşdırma ilə bağlı açıq elanı fonunda baş verib.
Məlumata görə, 56 yaşlı Nadin Arslanyan 2022-ci il aprelin 7-dən iyunun 16-dək qızıl satıb.
Qeyd edilir ki, Menendes özü 2022-ci il maliyyə açıqlaması hesabatını iyunun 26-da təqdim edərək, iki dəfə mayın 15-ə qədər olan müddətin uzadılmasını istəyib. Keçən il isə demokrat senator qızıl külçələri satanın Arslanyan olduğunu deyib. Satışlar 7, 8 aprel və 14, 16 iyun 2022-ci il tarixlərində qeydə alınıb, 50.001 dollardan 100.000 dollara qədər olub.
Nəşrin yazdığına görə, Arslanyan 2020-ci ildə Menendezlə ailə qurmazdan əvvəl evinin girov qoyulması təhlükəsi ilə üzləşib. Manhettendə federal prokurorlar senatorun və ya onun həyat yoldaşının siyasi sədaqət qarşılığında dəbdəbəli hədiyyələr, o cümlədən avtomobil və Vaşinqtonda mənzil alıb-almadığını müəyyən etmək niyyətindədir.
Bu, senatorla bağlı ikinci araşdırmadır. Bundan əvvəl senatorun korrupsiya faktlarında iştirakı şübhəsi ilə yoxlamalar aparılıb. Daha sonra Menendes ondan qurtula bilib və istintaq heç bir ittiham olmadan başa çatdı.
Qeyd edək ki, Menendez senator kimi özünə və ya həyat yoldaşına məxsus 1000 dollardan çox olan əmlakı bəyan etməlidir.