Yaxın vaxtlarda Azərbaycanda "Elektron hökumət" internet portalı istifadəyə veriləcək
03:05 07-04-2012
İQTİSADİYYAT
Yaxın vaxtlarda Azərbaycanda "Elektron hökumət" internet portalı istifadəyə veriləcək
Yaxın vaxtlarda Azərbaycanda "Elektron hökumət" internet portalının istifadəyə verilməsi nəzərdə tutulub. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Etibar Umudov məlumat verib.
Onun sözlərinə görə, hazırda portala 16 mərkəzi icra orqanları qoşulub ki, bunların da sırasında Daxili İşlər, Nəqliyyat, Vergilər nazirlikləri və digər dövlət qurumları mövcuddur: "Hazırda sözügedən portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub və proses indi də davam etdirilir. Portal yaxın vaxtlarda istifadəyə veriləcək".
Nazirliyin rəsmisi onu da bildirib ki, portal istifadəyə verildikdən sonra mərkəzi icra orqanlarının portala qoşulması davam etdiriləcək və nəticədə bütün mərkəzi icra orqanlarının bu portalda elektron xidmətləri əks olunacaq. Əhali portala daxil olaraq xidmətlərin siyahısı ilə tanış olub onlardan istifadə edə biləcək.
Qeyd edək ki, 2013-cü ilin ikinci yarısında ölkədə 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07