Rəqəmlərin Oqtay Şirəliyevə xəbərdarlığı
12:31 29-03-2013
İQTİSADİYYAT
Rəqəmlərin Oqtay Şirəliyevə xəbərdarlığı
Vətəndaşların səhiyyə sistemindən şikayətləri ilə bağlı statistitkaya sözardı
Dünən Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə daxil olan şikayətlərlə bağlı statistika açıqlandı. Bəri başdan deyək: rəqəmlər kifayət qədər tükürpədicidir və ölkənin səhiyyə sektorunda durumun rəsmilərin söylədiklərinin əksinə olaraq xeyli problemli olduğunu göstərir.
Məsələn: rəqəmlər göstərir ki, Səhiyyə Nazirliyinin Qaynar xətt xidmətinə son iki il ərzində 13275 müraciət daxil olub. Nazirlikdə iddia edirlər ki, daxil olmuş müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterli olub.
Təsəvvür edin, iki ildə səhiyyə ilə bağlı vətəndaşlar təkcə Qaynar xəttlə 9000-dən çox şikayət ediblər. Bu hər il 4500-dən çox şikayət deməkdir. Bir az da konkretləşdirsək, belə çıxır ki, gün ərzində bu sahədə ən azı 10 şikayət edilir. Düzdür, nazirlik şikayətlərin yarısını “əsassız” çıxarır, amma bu zaman obyektivliyin qorunduğuna necə əmin olmaq mümkündür? Azərbaycan reallığında bir nazirliyin öz sahəsindən olan şikayətlərin çoxuna “əsassız” damğası vurması təbiidir. Çünki burada bir qayda olaraq heç bir dövlət qurumu öz ayranına turş demək istəmir.
Hər bir halda iki ildə şikayət xarakterli müraciətlərin sayı səhiyyə sistemində daşların yerinə oturmadığını, çoxsaylı problemlərin varlığını göstərir.
Təsəvvür edin: yenə nazirliyin özünün açıqladığı rəqəmlərə görə, 2013-cü ilin fevral ayı ərzində Qaynar xətt xidmətinə 484 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterli olub.
Təsəvvür edin, təkcə fevralda 350 şikayət faktı var! Bu yenə gündə 10-dan artıq şikayət deməkdir. Deməli, illər dəyişir, amma vətəndaşların səhiyyə sistemi ilə bağlı narazılıq və narahatlıqlarının, tənqid və iradlarının sayı dəyişmir. Hətta artır ki, azalmır.
Əgər Qaynar xəttlə bərabər, mətbuatda səhiyyə müəssisələri ilə bağlı yer alan şikayətləri, daha yuxarı dövlət stansiyalarına səhiyyə ilə bağlı ünvanlanan narazılıq tonundakı müraciətləri də əlavə etsək, ortaya heç də xoş olmayan mənzərə çıxır. Təsdiqlənir ki, rəsmilərin populist bəyanatlarına rəğmən ölkə səhiyyəsi vətəndaş narazılıqlarının, incikliklərinin əsas mənbələrindən biri olaraq qalır.
Fikrimizcə, bu, səhiyyə naziri Oqtay Şirəliyevə bir mesajdır. Onun rəhbərlik etdiyi sahədə şikayətlərin belə yüksək sayı və dozası xüsusilə seçki ili kimi həssas bir dövrdə nazir üçün yaxşı heç nə vəd etmir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00