Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Çin, İraq və Türkmənistana yeni səfirlər təyin olunub.
"Unikal"ın məlumatına görə, Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Bünyad Səməd oğlu Hüseynov bundan əvvəl İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. O eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi olub. 2021-ci ildə dövlət başçısının sərəncamı ilə həmin vəzifələrindən geri çağırılıb.
Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunan Nəsir Natiq oğlu Məmmədov bundan əvvəl adıçəkilən səfirlikdə müvəqqəti işlər vəkili olub.
Türkmənistana fövqəladə və səlahiyyətli səfiri təyin edilən Qismət Füzuli oğlu Gözəlov isə buna qədər Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini idi.
Anar Kəlbiyev