Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərib. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "Unikal"a açıqlamasında bildirib ki, bunu çox faydalı addım adlandırıb. Onun sözlərinə görə, Azərbaycan erməni yalanını ifşa etmək üçün konkret addım atıb:
"Onların hansı yolu seçməsindən asılı olmayaraq, Azərbaycan bu məsələni çox faydalı şəkildə beynəlxalq səviyyədə istifadə edəcək. Yəni, Qarabağda yaşayan erməniəsilli sakinlərə bəlli olacaq ki, yalan və süni yaradılan humanitar problemin müəllifi heç də Azərbaycan deyil. Bu problemlərin səbəbkarları Ermənistanın işğalçı administrasiyasının qalıqlarıdır. Onlar hələ də Xankəndidə fəaliyyət göstərirlər. Əminəm ki, bu addım vəziyyəti köklü şəkildə dəyişəcək", - deyə eks-nazir vurğulayıb.
Anar Kəlbiyev