"Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmağımla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm."
"Unikal" xəbər verir ki, bu sözləri ötən gün İraqa səfir təyin olunan Nəsir Məmmədov sosial şəbəkə hesabındakı paylaşımında bildirib. N. Məmmədov göstərilmiş bu yüksək etimadı doğrultmaq üçün və Azərbaycan ilə İraq arasında əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.