“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgələrində bir neçə hərbçinin həlak olması və yaralanması ilə nəticələnən son silahlı toqquşmalardan təəssüflənir”.
“Unikal” xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano yazıb.
O bildirib ki, Aİ bütün tərəfləri növbəti zorakılıqdan qaçmağa və dialoqa dair öhdəlik götürməyə çağırır.