İstanbulda TDT Katibliyinin binasında Türkiyə Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömurəliyev Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı baş katib və Hikmət Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər.
Tərəflər Türk Dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.