Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşüb.
“Unikal” xəbər verir ki, bu barədə Bağcı “X” sosial şəbəkəsində məlumat verib.
“Bu gün mən Azərbaycanın müdafiə sənayesi naziri cənab Mədət Quliyevi ziyarət etdim. Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində müttəfiqlik münasibətlərinin inkişafı üçün çox məhsuldar görüşümüz oldu”, - deyə Bağcı yazıb.