Avstraliyanın Cənubi Uels əyalətində istixanadan fidanları yeyən koala saxlanılıb.  

"Unikal" xəbər verir ki, istixananın (Şərq Meşə Fidanlığı) sahibi Hamfrey Herinqton 3 800 dollarlıq fidanların müəmmalı şəkildə yeyildiyini açıqlayıb. İstixanada axtarış aparan Herinqton sevimli heyvanı yaxalayıb.

O, mətbuata açıqlamasında "Koalanın çox yediyi üçün yerindən tərpənə bilmədiyi"ni deyib. O, 20 ildir bölgədə yaşadığını və daha əvvəl heç bir koalanın yemək oğurladığının şahidi olmadığını vurğulayaraq, istixananın ətrafına hündür məftil çəpərləri çəkməyə başladıqlarını ifadə edib.  

Saxlanılan koala isə heyvan mərkəzinə verilib.

Koala 4000 dollarlıq fidanı yedi: Çox yediyi üçün qaça bilmədi.