Çin və Britaniya alimləri quş qripi virusunda insanlara keçmə riskini artıran təhlükəli mutasiya aşkar ediblər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub.

Məlumata görə, Çində quşçuluq təsərrüfatlarında endemik olan quş qripi virusunun H3N8 (AIV) alt növü aşkarlanıb. Müəlliflər laboratoriya siçanları və ferretlər üzərində apardıqları təcrübədə virusun məməlilərdə ağır infeksiyalara səbəb olan adaptiv dəyişikliklər etdiyini bildiriblər. Xüsusilə, virus insan reseptorlarına və hava-damcı yolu ilə ötürülməsi üçün tələb olunan PB2-E627K amin turşusu əvəzedicisinə bağlanma qabiliyyəti əldə edib. Bu infeksiya kəskin respirator distress sindromuna gətirib çıxarır və nəticədə ölümcül ola bilər.