Nigeriyanın iqtisadi paytaxtı Laqosda Murtala Məhəmməd Beynəlxalq Hava Limanında güclü yanğın başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Dövlət Televiziya Xidmətinin “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

Verilən məlumata əsasən, yanğınsöndürmə xidmətləri artıq terminalın salonlarından birində baş verən yanğına müdaxilə ediblər və oradan insanların təxliyəsinə başlanılıb. Hadisə hava limanının işinə qismən təsir edib.