Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfər 7-8 sentyabr tarixlərində baş tutacaq.
Səfər zamanı bir sıra görüşlər planlaşdırılır.