Boşandıqları deyilən Şahzadə Albert və şahzadə Şarlen Fransanın Monakodakı səfiri ilə görüşə birlikdə qatılıblar.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, onlar Jan d'Haussonvili Fransanın knyazlıqdakı yeni səfir kimi qəbul ediblər. 

Avqustun sonunda məlum olub ki, Monako şahzadəsi Şarlen İsveçrədə yaşayır və əri Şahzadə II Albertlə “yalnız qabaqcadan əlaqə saxlamaqla” görüşür.

Cütlüyə yaxın mənbə Fransanın “Voici” qəzetinə bildirib ki, Şarlen və Albert özlərini sadəcə evli kimi göstərirlər. 

Nuranə Abbasova