Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-də Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziyalar” adlandırıb.
"Unikal" xəbər verir ki, o, TASS-a NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Felingerin Ermənistanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı bəyanatlarını şərh etməyi xahiş edərkən deyib.
“Bunlar böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik”, - deyə Qruşko bildirib.
Nuranə Abbasova