Ukraynanın Korrupsiyaya Qarşı Ali Məhkəməsi Ukrayna Milli Antikorrupsiya Bürosunu (NABU) yeni müdafiə naziri Rüstəm Umerova qarşı cinayət işi başlatmağı tapşırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Şərhlər” nəşri məhkəmə qərarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun 18-də Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Umerov və onun iki müavininin vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması, yəni elektrik enerjisinin satışı faktlarını gizlətmələri ilə bağlı Milli Antikorrupsiya Bürosuna ərizə verilib. 

Bəyanatda qeyd edilir ki, onlar dövlət əmlakının mümkün oğurlanması məsələsinə baxmalı olan şuranın çağırılmasına icazə verməyiblər, həmçinin oğurluq faktlarını aşkar edən “Centrenergo” PJSC-nin müşahidə şurasının üzvünü qanunsuz olaraq vəzifəsindən azad ediblər. .