Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar. Yaralılardan biri xəstəxanada ölüb, digərinin vəziyyəti ağırdır.

Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi sonucunda düşdüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.