Çili sahillərində 6,8 maqnitdalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 161 min nəfər əhalisi olan Kokimbo şəhərindən 38 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 9 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.