"Özünə hörmət edən dövlət o əraziyə səfirlik kimi baxa bilməz. Diplomatiyamız parkdadır, üstündə bayraq asılmış çəmənlikdə oturub deyirik ki, bu bizim səfirliyimizdir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib. 

Nazir Ermənistanın Böyük Britaniyadakı səfirliyinin baxımsız vəziyyətdə olması məsələsinə toxunaraq qeyd edib ki, bir çox səfirliklərdə bu problem var: "Bir yerdə dam sızır, bir yerdə döşəmədə deşik var, bir yerdə pəncərə yoxdur, bu qəbuledilməzdir".

Hökumətin qərarına əsasən, Londonun mərkəzində 5 mərtəbəli binanın alınması üçün təxminən 8 milyard 388 milyon dram ayrılacaq.

Ağarza Elçinoğlu