Ötən il təyyarəsi qəzaya uğradıqdan sonra 13 gün Amazon meşəsində sağ qalan pilot ikinci qəza nəticəsində dünyasını dəyişib.

“Unikal” 38 yaşlı Otavio Auqusto Münhoz de Silvanın cansız bədəni qəzadan 5 gün sonra tapılıb.

Silva ötən həftə Braziliyanın Mucajai bölgəsi üzərində uçarkən onun təyyarəsi qəzaya uğrayıb. Qəza avqustun 28-də Venesuela sərhədi yaxınlığında, paytaxt Boa-Vistadan 214 km aralıda baş verib. 

De Silvanın meyiti 5 gün suyun altında qalıb. 

Faciəli bir təsadüf nəticəsində Münhoz de Silva 2022-ci ilin sentyabrında təyyarəsi qəzaya uğradıqdan sonra Amazon cəngəlliklərində 13 gün gəzməli olub. Təxminən iki həftə sonra onu kömək istədiyi bir adam tapıb.

Nuranə Abbasova