“Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı mənim istefa verməyimlə bağlı arzusunu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”.

"Unikal" xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin birinci kanalında yayımlanan telemüraciətində bildirib. 

S. Zurabişvili hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının başladığı impiçment fonunda istefaya getməyəcəyini bəyan edib.

O, hökumətin icazəsi olmamasına baxmayaraq, Avropaya səfərlərini davam etdirəcəyini də vurğulayıb.

“Mən Gürcüstan cəmiyyəti tərəfindən seçilmişəm, sizi Avropanın müxtəlif paytaxtlarında təmsil etməkdən qürur duyuram və gələcəkdə də təmsil edəcəyəm”, - deyə o, istefaya getməyəcəyinə əminliyini ifadə edib.