Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra prezident Ersin Tatar yazılı açıqlama verib.
"Unikal" Şimali Kipr Türk Respublikası Prezidentinin saytına istinadla xəbər verir ki, Ersin Tatar açıqlamasında bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi.
Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan Şimali Kipr Türk Respublikası bu anlayışla varlığını davam etdirərkən, mənim ən böyük arzumdur ki, Azərbaycanla ayrılmaz bir əlaqəmiz olsun.
Mən cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”.