Pensilvaniya sakini bir il ərzində 777 dəfə kinoya getməklə Ginnesin Rekordlar Kitabına düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı Zak Svoup 2022-ci ilin iyulunda  "Minions: The Rise of Gru" filmi ilə başlayıb  və rekord cəhdini "İndiana Cons" və "The Wheel of Fate" filmlərinin nümayişi ilə tamamlayıb. 

Kino həvəskarı olan Svoupun sözlərinə görə, iş günləri işdən sonra  gecə üçə qədər, həftə sonları isə daha çox filmə baxır.